Təbii süfrə suyu Azərbaycanın Qax rayonunun ərazisindən keçən Böyük Qafqaz dağlarından başlayır, mənbəsi fıstıq və palıd meşələrindən başlayır. Qaх rayonu Qafqazın Ekoloji təmiz rayonlarından biridir və buranı tez-tez Qafqazın İsveçrəsi adlandırırlar, bu ərazi öz uzun ömürlü vətəndaşları ilə məşhurdur.
Kristal təmizliyinə malik su Qafqazın uca dağlarından meşələrdə başlayır, burada kilometrlik qumlarla və çınqılla təbii yeraltı flitrasiyadan keçir. Yer səthinə çıxdıqda biz suyu əlavə olaraq filtrasiya edirik, sonra onu ultrabənövşəyi süalanmadan keçiririk, yalnız bundan sonra süsələrə doldururuq. SuNar təbii süfrə suyununu hər bir damcısı yerin sağlam enerjisinin daşıyıcısıdır və özünün təkrarolunmaz yumşaq dadı ilə xarakterizə edilir.
Buna əmin olun və SuNar suyu həmişə Sizin süfrənizidə Sizinlə birlikdə olacaqdır!
“SuNar” təbii mineral süfrə suyunun istehsalı rəsmi olaraq 8 fevral 2013-cü ildən başlayır. Həmin gün Azərbaycanın Qax rayonunun icra hakimiyyəti başçısının sərəncamı ilə Azərbaycanln ekoloji təmiz rayonlarından biri olan Qax rayonunda olan meşədə yerləşən bulaqdan “SuNar” təbii mineral süfrə suyunun qablara tökülməsi üzrə sex istismara verilmişdir. Sex üçün avadanlıq Rusiya Moskva şəhəri “Spespomavtomat” zavodu tərəfindən hazırlanıb və quraşdırılıb. Bütün mövcud avadanlıq və şərtlər Keyfiyyətin və təhlükəsizliyin Beynəlxalq sanitar normalarına və standartlarına cavab verir.
Hal-hazırda sex tikilib və təmamilə istismara verilib (İcra hakimiyyəti başçısının, FHN və s. müvafiq sərəncamı var), Səhiyyə Nazirliyindən və Standartlaşma Komitəsdinən müvafiq sertifikatlara malikdir, həmçinin Azərbaycanın Səhiyyə Nazirliyinin Elmi-tədqiqat reabilitasiya institutu tərəfində suyun fiziki-kimyavi xassələrinin rəyi verilib.
Suyumuzun üstünlükləri:
- Süşələrə doldurma bilavasitə bulağın yanında baş tutur .
- Suyun böyük debeti.
- Praktiki olaraq təmizləmə tələb etmir (su şəffafdır, rəngsizdir, iysizdir, çöküntüsüzdür).
- “SuNar” suyu tərkibində olan komponentlərə görə təbii süfrə suyudur və onun istehlakına dair heç bir məhdudiyyət yoxdur.
“SuNar” suyunun dünya standartlarına cavab verən xüsusi şüşə və digər qablarda buraxılması planlaşdırılır.